F-1.az xatırladır ki, FİA bu həftə Turində təşkil ediləcək konfransı bu gün başladıb. Tədbirdə Peter Solberq, Jaki İks, Allan Makniş, Emanuele Pirro və Sebastyan Fettel kimi məşhur sürücülər iştirak ediblər.
Sebastyan Fettel: “Reallıq budur ki, bolidlər artıq daha təhlükəsizdirlər. Sözün açığı, tarixi bir az bildiyimiz və keçmişdəki sürücülərin şanslı olmadığını oxuduğumuz üçün bu bolidlərin təhlükəsiz olması bizim üçün yaxşı xəbərdir. Bolidlər keçmişdə indiki kimi təhlükəsiz deyildi və buna görə də balansı tapmalıyıq.
Ehtiras, sürət, təhlükə və səs çox önəmlidir. Eyni zamanda idmanı daha da təhlükəsiz etmək istəyirik. Yaşanan pis hallara göz yuma bilmərik. Pis hal baş verəndə bunu etməməliyik. Son illərdə çox şey öyrəndik və hələ də öyrənirik. Bu doğru yanaşmadır. Balans qurmaq çətindir və bunu əvvəlcə düzgün qarşılaya bilməzlər. İdman bir az təhlükəli olmalıdır, çünki bu insanların marağını cəlb edir. Əgər siz bunu unutsanız, insanlar üçün idmanın marağı itə bilər. Onda həyəcan da azalar”.
Fettel avtoidmana olan sevgisindən də danışıb: “Uşaq olanda sürət məni əfsunlayırdı. Yarışlar əsas xüsusiyyətlərini qorumalıdır və bunlardan biri sürətdir. Sürətə qarşı sevginiz var və yoxdur. Əgər varsa, bu sizə həyəcan verər. Sürətimiz və döngələrdəki sürətimiz mükəmməldir. Avtoidman tarixində bu həmişə olub. Stirlinq Moss kimi sürücülərlə söhbət edirik. Onların dövründə Formula1 bolidləri ən həyəcanlı avtomobillər idi. Müəyyən nöqtəyə qədər çox təhlükəli idi. Bu da yarışlara həyəcan qatırdı”.