S.Fettel: “Formula1 avtoidman dəyərini itirə bilər”

Ferrari komandasının pilotu Sebastyan Fettel düşünür ki, Formula1-in yeni qaydaları üzündən azarkeşlərin azalması idman üçün böyük təhlükədir...

F-1.az xəbər verir ki, Sebastyan Fettel Formula1-in doğru istiqamətdə addımlamadığını düşünür: “Mən düşünürəm ki, idman spot işıqlarının altında olmalıdır və ən sürətli sürücü ön plana çıxmalıdır.

Bu günlərdə bolidlər keçmişdə olduğu kimi daha çox ön plandadır. Bu qarışıq qaydalar arasında özümüzü itirməməliyik.

Azarkeşlər bizi bolidlərimizə görə tanımalıdırlar. Hazırda Formula1 çox qarışıqdır və səsi çox zəifdir.

Mercedes komandasının son iki mövsümdəki dominantlığı azarkeşlərin həyəcanını itirməsinə səbəb oldu. Bundan başqa yeni qaydalar da həddən artıq xırdaçılıqdan ibarətdir.

Avtoidman kökümüzü itirməmək üçün diqqətli olmalıyıq”.

Sebastyan Fettel 2016-cı ildə çempionatın ən böyük favoritlərindən biri hesab olunur. Buna baxmayaraq, almaniyalı sürücü təmkinli danışıb: “Biz hələ istədiyimiz yerdə deyilik və bu sirr deyil. Biz hələ inkişaf etməliyik.

Biz bilirdik ki, sahib olduğumiz paketlə nə Mercedes-i keçə bilərik, nə də onlara yaxın düşə bilərik. Ancaq biz hazırda bunun üstündə işləyirik və doğru yoldayıq”.

Sebastyan Fettel bildirib ki, o karyerasını Ferrari komandasında bitirmək istəyir: “Mən Ferrari-də xoşbəxtəm və digər alternativlər mənə maraqlı deyil.

Ferrari Formula1-dəki sonuncu komandam ola bilər. Bir ildən sonra gəmini tərk edənlərdən deyiləm və ömrümboyu heç vaxt belə hərəkət etməmişəm.

Ferrari ilə bir yerdə qazanmaq istədiyin uğurlar var. Ferrari mənim üçün xüsusi komandadır. Balaca uşaq olanda həmişə Ferrari-də yarışacağımı xəyal edərdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*