S.Fettel FİA və Uaytinqə üzrxahlıq məktubu göndərib

F-1.az xatırladır ki, Meksika Qran Prisinin sonunda Ferstappenlə olan insidentə görə əsəblərini cilovlaya bilməyən Fettel söyüşlər söymüş, bu söyüşlərdən Çarli Uaytinqə də "pay" düşmüşdü.

Alman sürücü yarışdan sonra Uaytinqdən üzr istəmişdi. Bu gün çıxan xəbərlərdə isə bildirilirdi ki, FİA Fettelin dediyi sözləri araşdıracaq və hər hansı cəza verilib-verilməməsi məsələsinə baxacaq.

Fettelin həm FİA rəhbəri Jan Todta, həm də yarış direktoru Çarli Uaytinqə hadisə ilə bağlı üzrxahlıq məktubu göndərdiyi bildirilir. FİA-nın araşdırmalarından sonra Fettel günahkar hesab edilərsə, ona rəsmi xəbərdarlıq, pul cəzası və ya yarışa buraxılmama cəzası verilə bilər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*