F-1.az xatırladır ki, Fettel yarışa ikinci yerdən başlamış və yarışın ilk hissəsini Həmiltonun arxasında keçirmişdi. Amma britaniyalı sürücü təkərləri yeyildiyi üçün erkən pit-stop etməli olmuş və trasa Ferstappenin arxasında qayıtmışdı. Həmiltonun vaxt itirməsindən istifadə edən Fettel pitdən 32 yaşlı sürücünün önündə çıxmışdı.
Sebastyan Fettel: “Trasda qalmaqda çətinlik çəkirdim. Bilirdim ki, düz onun arxasında olmalıyam. O pitə girəndə onu izləməyin mənası yox idi. Önüm açıq idi və təkərlər yaxşı idi. Performansım da yaxşı idi. Trasda qaldıq.
Çox yaxın idik. Bilirdim ki, Maks nəsə edəcək. Ancaq çalışdım ki, onun önündə qalım. Yarışda həmin anlar çox kritik idi. Maks hələ trasda ikən onunla fərqi artıraraq yarışı idarə etmək mənə çətin oldu. Trafikdə qaldığı üçün şanslı idik. Amma onu erkən pitə biz məcbur etdik. Böyük fərq açıb yarışı idarə edə bilərdi. Çox yaxşı yarış çıxartdıq və xoşbəxtəm.
Həzz aldım. Keçən ilə nisbətən fərqli yarış idi. Keçən il hər şeyə qənaət etmək məcburiyyətində idik. İndi isə daha yaxşı mübarizə var. Təkər-təkərə mübarizə olmasa da, Lyuisin son həddə sürdüyünü görürəm. İlk pit-stoplara qədər yarışmağımız gözəl idi”.