F-1.az xatırladır ki, almaniyalı sürücü 2017 və 2018-ci illərdə Həmiltonla çempionluq uğrunda mübarizə aparmış və hər iki mövsümdə də məğlub olmuşdu. Maks Ferstappen isə bu mövsüm britaniyalı pilotla mübarizə aparır və 4 yarışdan sonra 14 xal geridə ikinci yerdədir.
Sebastyan Fettel: “Ona tövsiyəm yoxdur. Mən uğurlu olmamışdım və Lyuis məni məğlub etdi. Buna görə də Maksa məsləhət verə bilmərəm. Çünki o, Lyuisi məğlub etmək istəyir.
Onlar arasındakını mübarizəni görməmişəm, çünki çox geridəyəm. Templəri məncə yaxındır. Məncə iki fərqli komandanın sürücülərinin mübarizəsi idman üçün yaxşıdır. Görək sonu necə olur”.