F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışın startında Fetteli qabaqlayaraq, 3-cü pilləyə yüksəlmiş və ilk pit-stopa qədər almaniyalı sürücüyə ötmə şansı verməmişdi. Dördqat Dünya Çempionu aqressiv hücumla 19 yaşlı sürücünü geridə qoymaq istəsə də, Ferstappen mükəmməl müdafiə ilə bu manevri dəf etmişdi.
Sebastyan Fettel: “Bunu gözləmirdim, amma hamı bilir ki, o, müdafiə olunarkən bir az oynayır. Mümkün qədər sərt müdafiə olunmağa çalışır, amma müəyyən yerdə trayektoriyaya sadiq qalmalısınız. Əminəm ki, gələcəkdə sakitləşəcək. Hələ təcrübəsizdir. Onsuz da etdiyi müdafiə ona heç nə qazandırmadı”.