F-1.az xatırladır ki, Ferrari komandasının sürücüləri Çində ikinci sərbəst yürüşlərdə ilk iki pilləni tutublar: Kimi Rəykkönen birinci, Sebastyan Fettel isə ikinci olub.
Amma Fettel bildirib ki, onlar hələ bolidin balansını tuta bilməyiblər: “Bizim həmişə hədəfimiz poul qazanmaq olub.
Əla gün keçirtdik və sıralanma tempində bolid yaxşı təsir bağışladı. Yarış tempində harada olacağımızı bilmirəm, çünki rəqiblərimizin bu sahədə nə etdiklərini hələ təhlil etməmişəm.
Bolidin balansının üzərində işləməliyik. Çünki balans istədiyimiz səviyyədə deyil və görək nə olacaq.
Cümə günləri bolidin gücünü bilmək olmur. Cümə günü bolidin potensialını və orada özünüzü necə hiss etdiyinizi öyrənirsiniz. Gözəl gün idi, amma möhtəşəm deyildi. Xüsusən də, balansı inkişaf etdirə bilərik. Hər şeyi ən yaxşı vəziyyətə gətirmək üçün bu gecə çox işləyəcəyik”.
Sebastyan Fettel burada təkər istifadəsinin çətin olacağını bildirib: “Təkərlər çox yeyilir. Sıralanma turunda bir dövrə vurmaq çətin olmaz, ancaq yarışda daha yaxşı temp tutmaq lazımdır. Əsas hədəfimiz budur”.
Sebastyan Fettel bildirib ki, Rəykkönendən geridə qaldığı üçün narahat deyil, çünki onlar nahardan sonra fərqli proqramlar üzərində işləyiblər…