S.Fettel: “Ferrari-nin yeni bolidi daha güclüdür”

Sebastyan Fettel bildirib ki, Ferrari-nin 2016-cı il üçün hazırladığı boliddə dəyişikliklər çox olacaq...

F-1.az xatırladır ki, 2014-cü ildə komandalar V8 mühərriklərdən turbo V6 mühərriklərə keçiblər. Bundan sonra Formula1-də Mercedes AMG komandasının hegemonluğu başlayıb. Almanlar 2 mövsüm ərzində 38 mümkün yarışın 32-sində qalib gəliblər.

Amma bütün bunlara baxmayaraq, Ferrari yeni mövsümdə Mercedes-i məğlub etmək istəyir.

Ferrari-nin almaniyalı sürücüsü Sebastyan Fettel 2016-cı il bolidi barədə öz fikirlərini bildirib: “Bizim hədəfimiz çempionluqdur. Amma keçən mövsüm qarşımızda bizdən güclü bir komanda var idi”.

Fettel komandanın 2016-cı ildəki bolidindən danışıb. O komandanın 2016-cı il bolidi üçün hazırladığı qısa burundan, daha incə olan arxa tərəfdən danışıb. Yeni boliddə olan dəyişikliklərin mükəmməl olduğunu sözlərinə əlavə edib: “Boliddə bəzi dəyişikliklər oldu və bu dəyişikliklər o dəqiqə gözə çarpır”.

Fettel ən sonda bildirib ki, 2016-cı ildə yarışacaqları bolidin təkmilləşdirilməsində aktiv rol oynayıb: “Keçən mövsüm bolidin inkişafı ilə bağlı hər şeyi izləyirdim. Düşünürəm ki, biz doğru yoldayıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*