F-1.az xatırladır ki, mövsümün ikinci yarısında Ferrari-nin uğursuz çıxış etməsinə görə Arrivabene sərt tənqidlərlə üzləşib və onun tezliklə qovulacağını iddia edənlər var.
Sebastyan Fettel: “Onun komandada qalmasını istəyirəm. Onun günahı yoxdur. Ferrari-nin 2014-cü ildəki vəziyyətinə baxın. Çox zəif idilər. Komanda ruhunu itirmişdi. Komandanı yenidən mübarizəyə qaytaran Arrivabene idi. 20 il idiki, komandada görülən işləri dəyişdirən o idi. Yenilikci və yaradıcı adamdır. Komanda üçün doğru adam və güclü liderdir. Hamı ona hörmət edir və onun heyranıyam. Bu ilin daha yaxşı olmasını istəsək də, belə şeylərin olması normaldır. Gözləntilər həmişə yüksəkdir. Son 3 ildə vacib addımlar atdıq və bu addımlarla davam etməliyik.
Son 3 yarışı qazanmaq istəyirik. Bunu bacara bilərik”.