F-1.az xatırladır ki, almaniyalı sürücü ilin sonunda Ferrari-dən ayrılacaq. Daha əvvəl İtaliya təmsilçisinin Fettelə 12 milyon avro maaş təklif etdiyi və dördqat Dünya Çempionunun bu təklifi rədd etdiyi iddia edilirdi.
Sebastyan Fettel: “Sözün açığı, Mattia zəng edib mənimlə davam etmək istəmədiyini dedikdə çox təəccübləndim. Çünki danışıqlar aparmamışdıq və mənə heç bir təklif verilməmişdi.
Hazırda heç bir komanda ilə danışıqlar aparmıram. Gələcəkçün doğru qərarlar vermək istəyirəm. Mübarizəçiyəm. Bu idmanda çoxlu uğurum olub və daha artığına nail olmaq istəyirəm. Yeni uğurlarçün daha yaxşı paketə və komandaya ehtiyacım var. Yaxşı təklif olsa, qəbul edəcəm, amma yaxşı fürsət olmasa, başqa işlərlə məşğum olacağam”.