S.Fettel: “Ferrari kifayət qədər sürətli deyil”

Böyük Britaniya Qran Prisini 9-cu yerdə tamamlayan Sebastyan Fettel maşının sürətli olmadığını və yerində fırlanmasının onun üçün çox vaxt itkisinə səbəb olduğunu bildirib.

F-1.az xəbər verir ki, bu gün yarışda 2 xal qazanan alman sürücü pilotlar çempionatında 3-cü yerdən 5-ci yerə geriləyib.

Yarışda quru təkərlərə keçən ilk sürücü olan Fettel həmin an üçün ən sürətli dövrəni atdıqdan sonra asfaltın yaş hissəsinə çıxaraq yerində fırlanmış və vaxt itirmişdi.

Sebastyan Fettel: “Pit-stopu ən ideal vaxtda etdik. Amma sonra yerimdə fırlandığım üçün vaxt itirdim. Buna görə də üstünlüyü əldən vermiş oldum. Sonra isə irəliləmək çox çətin idi. Bu gün bizim günümüz deyildi. Daha doğrusu, kifayət qədər sürətli deyildik”.

Fettel Felipe Massanı trasdan çıxardığı üçün həm 5 saniyə vaxt cəzası, həm də 2 bal cəzası alıb. O, bu cəzaya layiq olduğuna əmin deyil: “Cəzanın vacib olduğunu düşünmürəm. Qəsdən etmədim. Öz trayektoriyamı tapmağa çalışırdım və asfaltla ilişmə demək olar ki, yox idi. Hər dəfə döngədə dönmək istədikdə arxadan sürüşmə baş verirdi. Açığı, bu, Massa üçün pis oldu. Onun da asfaltla ilişməsi mənimki qədər az idimi, bilmirəm. Kənardan bunu qəsdən etmiş kimi görünə bilərəm, amma mən başqa heç nə edə bilmədim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*