F-1.az xatırladır ki, Fettel sıralanma turunda 7-ci yeri tutaraq Həmiltondan 0.7 saniyə geridə qalıb. Almaniyalı sürücü komanda yoldaşı Rəykkönenə də uduzub.
Sebastyan Fettel: “Soft təkərlərlə SuperSoft təkərlərdən çox asfaltla ilişmə oldu. Bu qeyri-adi haldır. Bunu araşdırmalıyıq. Sıralanma turunda SuperSoft təkərləri istifadə etməkdə çətinlik çəkdim. Dünən belə bir şey yox idi.
Trasdakı şərtlərə görə hər şey dəyişdi, amma biz güclü olmalı idik. İsti trasda daha yaxşı performans göstərməli idik. Bolidim ikinci yerə yüksələcək qədər güclü idi. Ən azından ikinci cərgədə ola bilərdim. Amma bunu bacara bilmədik.
Qəribə olsa da, sıralanma performansı yarış performansından fərqli ola bilər. Biz sürətli dövrəmizi Soft təkərlərlə vurduq və bu yarış üçün əla xəbərdir. Bu, bizə yarış tempində və düzgün strategiya tapmaqda kömək edəcək”.