S.Fettel: “Ferrari düz yoldadır”

Ferrari sürücüsü Sebastyan Fettel testlərin ilk gününü birinci yerdə başa vurduqqdan sonra bildirib ki, yeni Ferrari düz yoldadır...

F-1.az xəbər verir ki, Sebastyan Fettel testlərin ilk gününü birinci yerdə başa vurub və o, sonuncu Dünya Çempionu titulunu qazanan Həmiltonu 0.4 saniyə qabaqlayıb.

Fettel testlərdən sonra yeni bolidi SF16-H barədə fikirlərini bildirib: “Mən düşünürəm ki, düzgün addım atmışıq. Bolid barədə ilk təəssüratlarım müsbətdir. Ümumilikdə hiss etdim ki, inkişaf etmişik.

Açıq danışsaq, boliddə özümə güvəndim və özümü rahat hiss etdim. Ona görə də bu, hər şeyin yaxşı olmasını göstərir. Ancaq biz bilirik ki, hələ çox iş görməliyik. Bugünkü nəticə əladır, amma elə də mənası yoxdur.

Hələ görəcəyimiz çox iş var və yeni boliddə bu normaldır.

Birinci olmaq axırıncı olmaqdan yaxşıdır. Amma dediyim kimi bunun mənası yoxdur və boliddə özümü yaxşı hiss edirəm. Bu yaxşı haldır.

Biz az dövrə atdıq. Daha çox atmaq istərdik, amma hər şey yenidir. Problemlərimiz var demək istəmirəm, amma yoxlamalı olduğumuz zəif yerlərimiz var idi. Ona görə də bəzən səbrli olmaq lazımdır, bu da vaxt apardı.

Vaxtımız azdır. Dörd həftədən sonra Avstraliyada olacayıq. Ona görə də çox iş görməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*