S.Fettel: “Ferrari doğru yoldadır”

Sebastyan Fettel bildirib ki, Ferrari-nin builki zəif performansından sonra tənqidlərə məruz qalması haqsızlıqdır...

F-1.az xatırladır ki, Ferrari keçən il Mercedes-ə ən yaxın komanda idi və buna görə də “qırmızılar” builki mövsümə çempionluq hədəfi ilə başlamışdılar.

Amma Ferrari builki 17 yarışda qələbəyə həsrət qalıb və mövsümün gedişində Mühəndislər Kubokundakı ikinciliyi Red Bull-a verməli olub. Bundan sonra italyan təmsilçisi sərt tənqidlərə məruz qalıb və komandanın almaniyalı sürücüsü də bu tənqidlərdən öz payını alıb.

Amma Fettel əmindir ki, Ferrari bu il stabildir: “Mercedes ilə fərqə baxsaq, görərik ki, bu il çox stabilik. Bəzi yarışlarda fərq çox olsa da, bəzilərində az idi. Sıralanma turunda fərq çoxdur, amma yarışda azdır. Amma reallıq odur ki, arada fərq var.

Mövsümün əvvəlində ən güclü ikinci komanda idik. Amma mövsümün gedişində bir az geriyə düşdük. Buna baxmayaraq, Red Bull ilə yaxın mübarizə aparırıq. Böyük fərqlə geridə olduğumuzu demək düzgün olmaz. Yüzdə 5 saniyə çox böyük fərq deyil. Mövsümün qalan yarışlarında Mühəndislər Kubokundakı ikinciliyi geri qaytarmağı hədəfləyirik”.

Ferrari komandası iyul ayında texniki direktoru Ceyms Əllison ilə yollarını ayırmışdı və bundan sonra komandada yenidən təşkilatlanma işləri başlanılıb. Arrivabene isə etiraf edib ki, Ferrari builki hədəflərini yerinə yetirə bilməyib.

Amma Fettel inanır ki, Ferrari doğru yoldadır: “Bu mövsüm yüksək gözləntilərimiz var idi. Mövsüm başlandıqdan sonra nəyi edib, nəyi edə bilməyəcəyimizi öyrənməli olduq. Yarışların çoxu plana görə getmədi. Amma komanda olaraq hədəflərimizi dəyişdirmədik. Deyəsən, insanlar buna bəxtsizlik deyir. Bəlkə də, yolumuza çıxan bu idi. Amma mövsüm ərzində pozitiv hallar da oldu və düzgün yolda olduğumuza inanıram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*