F-1.az xatırladır ki, almaniyalı sürücünün adı tez-tez Mercedes komandası ilə hallanırdı.
Sebastyan Fettel: “Bu komandanı və işçilərini sevirəm. Buna görə də qərar verərlən çətinlik çəkmədim. Peletondakı bütün komandalar bir-birlərinə bənzəyirlər, amma Ferrari fərqlidir. Bənzəri olmayan bir komandadayam. Burada hər şeyi qazanmaq istəyirəm. Maranello küçələrində gəzəndə belə buranın xüsusi olduğunu anlayıram. Amma bazaya girəndə hər şey dəyişir. Komandadakı bütün işçilər istiqanlı və işini sevən insanlardırlar. Onlarla işlədiyim üçün xoşbəxtəm. Bu idmana olan sevgiləri məni burada saxladı. Bu cür böyük bir ailənin bir hissəsi olduğum üçün xoşbəxtəm. Ümid edirəm ki, daha çox yarışlar qazanıb çempionluqlar əldə edərik. Kimi ilə işləmək həzz verir. Bunu gizlətməyə ehtiyac yoxdur. O peşəkar və çox sürətlidir”.