F-1.az xatırladır ki, bu ilin sonunda həm Həmiltonun, həm də Fettelin komandaları ilə müqaviləsi başa çatır. Almaniyalı sürücü əgər Ferrari-nin yeni təklifini qəbul etsə, maaaşının azalmasına razı olacaq. Dördqat Dünya Çempionu az maaşa razı olmasa, Ferrari onun əvəzinə ya Karlos Saynsı ya da Daniel Rikkardonu transfer edəcək.
Ferrari komandasının rəhbəri Mattia Binotto da daha əvvəl demişdi ki, ilk seçimləri Sebastyan Fettel olacaq. Ancaq “qırmızılar” almaniyalı sürücüyə daha az maaşlı və birillik müqavilə təklif ediblər. Lakin hazırda McLaren Karlos Saynsla, Renault isə Daniel Rikkardo ilə müqavilə yeniləmək istəyir. Buna görə də İtaliya təmsilçisi Fettelin tez qərar verməsini gözləyir.
Mercedes-də də vəziyyət eynidir. Əgər Həmilton komandanı tərk etsə, onun əvəzinə Corc Rasseli gətirə bilərlər. Amma almaniyalılar digər alternativləri də dəyərləndirmək istəyir.