F-1.az xatırladır ki, dördqat Dünya Çempionu 2021-ci ildə Ferrari-dən ayırlaraq Aston Martin-ə gəlmişd, 2022-ci ilin sonunda təqaüdə çıxmışdı.
Sebastyan Fettel: “Bu düşüncə içinizdə böyüyür. Bir az ağlım qarışırdı, çünki daha əvvəl yaşamamışdım. Bu işdən çox zövq aldığımız kimi bəzən az zövq alırıq. Bir yerdən sonra həyatım dəyişdi. Evdə həyat yoldaşım və üç uşağım var. Artıq onlardan həzz alıram. Bu düşüncələrim də o vaxtlardan üzə çıxdı.
Ferrari-dən Aston Martin-ə keçəndə hiss elədim ki, karyeramın sonuna yaxınlaşmışam. Düşündüm ki, son müqaviləmdir. Mən analitik insanam və buna görə də qərar verməyim vaxt aldı”.