F-1.az xatırladır ki, almaniyalı sürücünün Ferrari ilə müqaviləsi ilin sonunda bitəcək. Bəzi iddialara əsasən italyanlar dördqat Dünya Çempionunun əvəzinə Karlos Sayns, Daniel Rikkardo və ya Valtteri Bottası gətirmək istəyir.
Sebastyan Fettel: “Ferrari idmandakı ən vacib komandadır. Burada qalib gəlmək digər komandalardan fərqlidir. Hazırkı vəziyyətim üç il əvvəlki kimi stresli deyil. Hazırda başqa işlərlə məşğuluq. Buna görə də üzərimdə təzyiq hiss etmirəm”.