S.Fettel: Fərqli proqramda işlədim

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, cümə sərbəst yürüşlərində yarış tempinə fokuslanaraq, çoxlu məlumat toplayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü güc qurğusunu dəyişdiyi üçün yarışa son sıradan başlayacaq.

Sebastyan Fettel: “Normal proqrama görə işləmədik, amma nahardan sonra yaxşı işlədik. İndiyə kimi problem yaşamamışıq. Artıq yarışda nə edə biləcəyimizi öyrənməliyik. Hard təkərlər yarış tempində Medium təkərlərdən daha sürətlidir və bu normal haldır. Çünki Medium təkərlərdən Hart təkərlər keçdim. Çəndə isə yanacaq az idi. Yarışın ikinci hissəsində bolid həmişə güclü olur. Ancaq müqayisə aparmalı idik. Hava şəraiti bazar günü ilə bənzər idi. Bu gün bir saat ərzində maksimum işlədik.

Cümə günü proqramımız rəqiblərinkindən fərqli idi, çünki yarışa sonuncu yerdən başlayacağıq. Buna görə də yarışa fokuslandım. Ümid edirəm ki, gördüyümüz işlər bizə yarışda kömək edər. Geridən başlasaq da, Ostində ötmə etmək mümkündür. İsti hava bizim üçün çətinlik yaratsa da, yarışda bizim yüksəlməyimizə kömək edəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*