F-1.az xatırladır ki, daha əvvəl Türkiyədə qələbəsi olan Fettel cümə sərbəst yürüşlərində 16-cı yeri tutub.
Sebastyan Fettel: “Eyni tras olsa da, asfalt və hava şəraiti fərqlidir. Məncə, işlər pis deyildi. Nahardan sonra bəzi şeyləri sınadıq və işə yaramadılar. Bunları nəzərdən keçirməli və şənbə günü sürətlənməliyik.
Balans bir az yaxşılaşıb. Bəzi şeyləri sınadıq və limitləri kəşf edirik. Bir az da inkişaf edə bilərik. Əgər ön tərəfdə balans azdırsa, bu sizin üçün pis ola bilər”.