S.Fettel əyləc probleminə görə yerində fırlanıb

Sebastyan Fettel Avstriyada ikinci sərbəst yürüşlərin sonunda yerində fırlanmasının səbəbini əyləc balansında əmələ gələn problem olaraq açıqlayıb...

F-1.az xatırladır ki, Fettel ikinci sessiyanın bitməsinə 2 dəqiqədən az vaxt qalmış ikinci döngədə bolidinin idarəetməsini itirərək, yerində fırlanıb.

Sebastyan Fettel: “Əyləcdə problem yaşadıq və bu bizi təəccübləndirdi. Çox da vacib deyildi və bəxtimiz gətirdi ki, heç bir şey olmadı. Sadəcə bir neçə dəqiqə itirdim və elə də böyük fərq olmadı”.

Jurnalistlər Fetteldən qalib gəlmək şansı barədə soruşublar: “Həmişə qalib gəlməyi düşünürük. Hər yarış yeni bir fürsətdir. Yaxşı gün keçirtdik, ancaq xüsusən nahardan sonra çox məşq edə bilmədiyimiz üçün heç də yaxşı gün olmadı. Ümumi olaraq isə, güclü görünürük”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*