S.Fettel: Ənənəvi trasların getməsi faciədir

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, ənənəvi trasların təqvimdən çıxması faciə olar.

F-1.az xatırladır ki, Formula1 təqviminə yeni ölkələrin vş trasların girməsi ilə Belçika, Fransa və Monako kimi trasların təqvimdən çıxacağı ilə bağlı söz-söhbətlər gedir.

Sebastyan Fettel: “Yeni yerlərə getmək həmişə həyəcan vericidir. Əvvəllər Amerika təqvimdə yox idi. Sonra Ostin təqvimə daxil oldu və həyəcanlı yarışdır. Sinqapur da gözəl misallardan biridir. Yəni ki, həmişə eyni ölkəyə yox, fərqli yerlərə getmək istəyirsiniz. Ənənəvi trasları da itirmək istəmirsiniz. Melburnu, Avropadakı köhnə trasları itirmək faciə olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*