F-1.az xatırladır ki, Ferrari Monakoda dubl edərək, 2010-cu ildən sonra ilk dəfə bu uğura nail olmuşdu.
Sebastyan Fettel: “Bu il ən emosional yarışım Monakoda idi. Oranın məndəki yeri fərqlidir. Komandaya görə çox sevinmişdim. Meksika isə ən çox məyus edən yarış idi. Mübarizənin bitdiyini qəbul etməlisən və bu asan deyil. Bakıda da xoş olmayan hallar yaşadım. O qədər xalı itirməməli idim. Amma mövsüm ərzində güclü idim və bir neçə dəfə qələbə qazandıq. Braziliyada göstərdik ki, hər şeyi doğru etsək, yarış qazana bilərik. Yay tətilindən sonra çətinliklərimiz olsa da, həmişə özümüzə güvəndik”.