F-1.az xatırladır ki, almaniyalı sürücü Əbu Dabidəki sıralanma turunda 9-cu yeri tutub.
Sebastyan Fettel: “Birinci və ikinci sessiyada çox rahat idim. Amma son sessiyada bir dəst təkərimin olmasını istəyərdim. Son döngədə davamlı önümə Red Bull çıxırdı. Onu tənzimləyə bilsək, daha yaxşı nəticə olardı. Lakin yaxşı sessiya idi və yaxşı nəticə qazandıq.
Sabah mənim üçün böyük gündür. Amma görüləsi işlər var. Mühəndislər Kubokunda altıncı olmaq üçün mümkün qədər çox xal qazanmalıyıq.
Sıralanma turundan əvvəl bir az emosiyanal idim. Hazırda bizimlə olan və olmayan insanları düşündüm. Uzun illərdir ki, buradayam”.