F-1.az xatırladır ki, Ştiriya yarışının startında Şarl Lekler komanda yoldaşı Fettelə hücum edərkən, almaniyalı sürücünün arxa qanadını qırıb. Beləliklə, hər iki sürücü mübarizəni dayandırıb.
Sebastyan Fettel: “Start yaxşı olmadı. Təkərlər sürüşdü və işimiz çətinləşdi. Bir neçə yer itirdim, ancaq düzlükdə itirdiklırimi bərpa etdim. Dah sonra isə həmin insident baş verdi. Bu barədə danışacağıq və sonra söhbət bağlanacaq. Deyiləcək sözüm yoxdur. Getməyə yerim yox idi. Orada iki maşın var və mən Corca doğru getsəydim, yenə qəza olacaqdı. Şarl nə etdi bilmirəm və ikimiz də mübarizəni dayandırdıq.
Diqqətli formada üçüncü döngəyə gəldim. Əylənmə zamanı Corca hücum etmək istəyəndə üç maşın birdən o döngəni dönə bilmədik. Şarl orada nə etmək istədi bilmirəm, amma nəticəsi pis oldu. Yarışmaq əla olardı. Yeniliklərimizi də yoxlaya bilərdik. Ancaq mümkün olmadı”.