F-1.az xatırladır ki, dördqat Dünya Çempionu vətənindəki yarışa sonuncu yerdən başlasa da, son dövrələrdə tras quruduqdan sonra rəqiblərini bir-bir keçərək 2-ci yerə yüksəlib.
Sebastyan Fettel: “Uzun yarış idi. Elə bildim bitməyəcək. Əyləncə olsa da, trasın şəraiti çox çətin idi. Lakin nəticədən razıyam.
Yarışın əvvəlində problem var idi. Amma turbodan qaynaqlandığını düşünmürəm. Yarışın əvvəlində yağış təkərləri ilə trasa tutuna bilmirdim. Amma daha sonra asfaltla ilişmə artdı. Maksı da təbrik edirəm. Əla sürdü”.