F-1.az xatırladır ki, Ferrari testlərdə güclü təsir bağışlamışdı və testlərin yekununda ilk iki yeri tutmuşdu. Buna görə də mütəxəssislər tərəfindən yeni mövsümün ən böyük favoritlərindən biri sayılır.
Sebastyan Fettel: “Hələ heç nə bilmirik. Şənbə və bazar günləri əsl yerimizi biləcəyik. Son illərdə işlər istədiyimiz kimi getmədi. Buna görə də bu il özümüzə fokuslanmışıq. Bazada və qış testlərində işimizi görməyə çalışdıq. Test vaxtlarının önəmi yoxdur. Buradakı performansımız əsasdır. Hələki hər şey müəmmalıdır. Yenə də qışdakı işimizdən razıyıq. Çoxlu dövrələr vurduq və problem demək olar ki, yoxdur. Bu tempi ilk yarışda qorumaq istəyirik. Hələ mart ayıdır. Çempionluq barədə oktyabr və ya noyabr ayında danışmaq olar. Böyük addımlar atdığımızı düşünürəm. Bu bolidi əvvəlkilərlə müqayisə etmək olmaz, çünki hazırda idmanda yeni era başlayır. Görək nə olur. Mövsüm ərzində çox dəyişiklik olacaq”.