S.Fettel dövrəvi sürücüləri müdafiə edib

Sebastyan Fettel Yaponiya yarışında radio vasitəsilə dövrəvi sürücülərin mavi bayrağa məhəl qoymamasını tənqid etmişdi. Amma almaniyalı yarışdan sonra onları müdafiə edib...

F-1.az xatırladır ki, Yaponiya yarışının gedişində liderlər dövrəvi sürücülərin vaxtında onları buraxmamasından gileyləniblər. Fettel də şikayət edən sürücülərdən biri olub, amma finişdən sonra mövqeyini dəyişib…

Sebastyan Fettel: “Bolidin içində adamın əsəbləri pozulur və hər bolidə yaxınlaşanda… Düzdür, onlar bundan yaxşısını edə bilməzdilər. Burada bir-birinin ardınca çoxlu döngələr var. Trasın o hissəsində kimdənsə yol verməyi gözləmək olmaz. Eyni zamanda siz də çox vaxt itirirsiniz. Düzlükdə hər şey fərqli olardı.

Bu gün bəxtimiz gətirmədi. Ümumi olaraq dövrəvi sürücü olmaq, bolidlərin keçməsinə icazə vermək və bunun üçün əlverişli yeri tapmaq asan deyildi”.

Fettel bildirib ki, dövrəvi sürücüləri keçərkən ləngiməsi onun podium itirməsinə səbəb olmayıb: “Sonda Soft təkərlərin yeyilmə nisbətini gördünüz. Çox idi. Yarışın sonunda 3-cü yerdən 10-14 saniyə geri qaldım və bu fərq çox böyük idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*