S.Fettel: Didinin ölümünə inana bilmirəm

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel 2009-2014-cü illərdə çıxış etdiyi Red Bull-a təriflər yağdırıb.

F-1.az xatırladır ki, Red Bull-un prezidenti Ditrix Mateşiç iki həftə əvvəl dünyasını dəyişmişdi. Didi təkcə Formula1-ə yox, bütün avtoidman növlərinə sərmayələr qoymuş və idmanın inkişafında böyük rol oynamışdı. Bundan başqa Red Bull Sürücü Akademiyası çoxlu sürücülər yetişdirib. Fettel də onlardan biridir.

Sebastyan Fettel: “Didinin Formula1 üzərində böyük təsiri var. Gənc sürücü proqramı ilə çox uğur qazanıb və bu bənzərsizdir. Son 15 ildə əksər sürücülər onun köməyi ilə idmana gəlib. Hazırda peletonda səhv etmirəmsə Red Bull yetirməsi olan 6 sürücü var. Əslində onların sayı daha çoxdur.

Red Bull-un bu işinin tayı bərabəri yoxdur. Didi ilə yaxşı münasibətimiz var idi. Gənc sürücü idim. O isə təcrübəli və uğurlu biznesmen. Lakin iki yaşıd kimi yola gedirdik. Hələ də onun ölümünə görə şokdayam. Böyük itkidir. Mənim ilham mənbəyim idi. Red Bull brendinin uğuruna baxmayaraq, sadə insan idi. Şirkətin bütün planlarını o yaratmışdı. Bu sadəcə Red Bull üçün yox, əksəriyyət üçün böyük itkidir, çünki o çox yeniyetməyə xəyallarını reallaşdırması üçün fürsət verdi. Onu tanıdığım üçün özümlə fəxr edirəm. Geniş ürəkli insan idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*