S.Fettel: DAS sistemi qaydalara uyğundur

Ferrari komandasının sürücüsü Sebastyan Fettel düşünür ki, Mercedes-in DAS sistemi tamamilə qaydalara uyğundur.

F-1.az xatırladır ki, Mercedes-in üst kameradan görüntülərində Həmiltonun sükanı önə və arxaya hərəkət etdirdiyi görünüb. Sistem işlədiyi zaman ön təkərlərin bucağı dəyişir. Bu sistem döngələrdə daha çox asfaltayatma, düzlüklərdə isə daha az sürtünmə yaradır.

Sebastyan Fettel: “Mercedes-in yeni sükan sistemini gördüm. Sistem qaydalara uyğundur. Belə görünür ki, sistemi idarə etmək asan deyil. Ancaq bu, əksəriyyət üçün yeni həll yoludur. Mercedes-in bolid üzəri kamerasından bunu gördüyümüz üçün xoşbəxtik. Yoxsa sistem barədə heç vaxt bilməzdik. Naharda bu barədə danışdıq və onu istifadə etmək asan deyil. Sükandan belə istifadə etmək qəribədir.

Buna sükan deyirlər. Önə çəkmək üçün deyil. Düşünürəm ki, düzəltmək üçün çox işləyiblər. Onunla işləmək göründüyü qədər asan olmayacaq. Nüsxələmək də asan deyil. İllər əvvəl F-Duct hava kanalı sistemi var idi. Sürətli olsa da, təhlükəli idi. FİA qərar verməlidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*