S.Fettel: “Daha çox şampan içmək istəyirəm”

Mövsümün ilk yarışı Avstraliyada qalib gələrək, 27 yarışlıq qələbəsizlik seriyasını pozan Sebastyan Fettel bildirib ki, artıq daha çox yarış qazanmaq istəyir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Ferrari komandasına Avstraliyada 10 ildən sonra qələbə gətirib. Bundan başqa tiffozilər 7 ildən sonra mövsümün ilk yarışında qələbəyə seviniblər. İtalyanlar ilk yarışda 37 xal toplayaraq, 2013-cü ilin Avstraliya yarışından sonra ilk dəfə turnir cədvəlinin zirvəsində qərarlaşıblar.

Sebastyan Fettel: “Əslində şampanı çox sevmirəm, amma podiumda dadı qəşəng olur. Bunun səbəbini mən də bilmirəm. Deyəsən, şüşəsini harasa qoydum. Ümid edirəm ki, bu il daha çox yarış qazanaram. Çempionluq barədə danışmaq istəmirəm. Bunun üçün hələ tezdir. Komandadakı hər kəsin çiynindən ağır yük götürüldü. Bu çox vacibdir. Son aylar bizim üçün çətin keçsə də, biz işimizə baxdıq. Ən doğrusu öz işimizi görmək idi. Detallara diqqət etdik və yaxşı bolid hazırladıq. Bolidə oturduğum andan etibarən müsbət şeylər hiss etdim. SF70H ilə çox xoşbəxtəm. Ümid edirəm ki, davamını gətirə bilərik.

Lyuislə mübarizə aparmaq gözəl idi və ümid edirəm ki, il ərzində bu davam edəcək. Mercedes geri dönəcək, amma bu gün biz qazandıq və bundan həzz alacağıq. Qələbə ilə başlamaq gözəl hissdir və bu, komandaya müsbət təsir edəcək. Qələbələr bizi daha da gücləndirəcək. Bəlkə də 10 ildir ki, Ferrari mövsümə qələbə ilə başlamırdı. Nəticə ilə fəxr duyuram və indi bunun meyvələrini toplayırıq. Çempion olmaq üçün Maranelloda əlimizdən gələni edəcəyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*