F-1.az xatırladır ki, Ferrari cümə sərbəst yürüşlərində əla performans göstərsə də, Fettel vahid dövrədə yaxşı nəticə göstərə bilməyib.
Sebastyan Fettel: “Cümə günü bizim üçün yaxşı idi. Bolid hələ istədiyimiz səviyyədə deyil. Hələ görməli işlərimiz var. Kimi vahid dövrədə güclü idi. Önümüzdə çoxlu vaxt var. Bolidin yaxşı potensialı var. Şənbə günü bunu ortaya çıxarmalıyıq. Döngələr arasında çox məsafə olmadığı üçün hər şeyi doğru etmək lazımdır. Bolid sürətlidir və doğru tempi tutmaq lazımdır. Hələ vahid dövrədə istədiyimiz tempi tuta bilmədim. Lakin doğru yöndəyik. Cümə günləri real gücü əks etdirmir. Boliddən hələ razı deyiləm. Buna görə işləməliyəm.
Yağışda zəif olsaq da, bu problemləri qismən anlamışıq. Şənbə günü yağış yağsa, işimizin nəticəsini görəcəyik”.