S.Fettel çox yorulub

Ferrari komandasının sürücüsü Sebastyan Fettel yorucu keçən mövsümdən sonra tezliklə istirahətə getmək istəyir.

F-1.az xatırladır ki, almaniyalı sürücü bu il 5 qələbə qazansa da, etdiyi səhvlərlə titulu əldən verib. Bu hallar dördqat Dünya Çempionunu çox yorub.

Sebastyan Fettel: “Önümüzdə bir neçə tədbir var, amma hər şeydən uzaqlaşmağı səbirsizliklə gözləyirəm. Özümə vaxt ayırmalıyam. Çətin və yorucu mövsüm oldu. Bir az uzaqlaşmalıyam. 111 günlük fasilədən sonra ilk yarışa səbirsizliklə və acgöz gedəcəm. Ailəmlə və dostlarımla vaxt keçirəcəm. Mövsüm ərzində bunu etməyə vaxtımız olmur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*