F-1.az xatırladır ki, almaniyalı sürücü İnterlaqosdakı sıralanma turunda rəqibi Maks Ferstappendən 0.008 saniyə geridə qalaraq ikinci olub.
Sebastyan Fettel: “İlk cəhdimdə birinci döngənin çıxışında səhv etdim. Lakin Maks son cəhdində nəticəsini yaxşılaşdırdı və buna görə də ədalətli nəticədir. İlk cərgəni tutduğumçün xoşbəxtəm. Görək sabah necə olur. Bolid sıralanma turunda əla performans göstərdi. Bu tempimizi yarışda da qorumalıyıq. Sabah bizi çətin yarış gözləyir. Mercedes və Red Bull təkərlərdən daha yaxşı istifadə edirlər. Yaxşı yarış keçirəcəyimizə ümid edirəm”.