F-1.az xatırladır ki, almaniyalı sürücü 2007-2012-ci illərdə həmvətəndaşı və idealı Mixael Şumaxerlə Almaniyanı təmsil etmiş və ölkəsinə ardıcıl 6 dəfə Millətlər Kubokunu qazandırmışdı. 30 yaşlı sürücü 2015-ci ildə Çempionlar Çempionu olmuş və 2017-ci ildə ölkəsinə təkbaşına yenidən Millətlər Kubokunu gətirmişdi.
Sebastyan Fettel: “Yeganə hədəfim Ferrari-ni zirvəyə qaldırmaqdır. Bunun üçün çalışıram. Maranelloya çempionluq gətirmək mükəmməl olacaq. Eynilə Mixael Şumaxerin etdiyi kimi. O, mənim üçün qəhrəmandır. Ona görə də ilk testlərə qədər simulyatorda çalışacam”.