F-1.az xatırladır ki, italyanlar sərbəst yürüşlərdə güclü performans nümayiş etdirsələr də, sıralanma turunda hər iki Mercedes sürücüsünə də məğlub olublar.
Sebastyan Fettel lider Bottasdan 0.478 saniyə geri qaldıqdan sonra bu açıqlamaları verib: “Sözün açığı, zəif olduğumuzu bilirdik, amma fərqin bu qədər olması bizi təəccübləndirdi. Sıralanma turunun son sessiyasında itirəcək heç nəyim olmadığı üçün maksimum həddə sürdüm və buna görə də bir neçə yerdə səhv etdim. Heyif ki, bu gün Mercedes ilə eyni səviyyədə deyildik. Ümid edirəm ki, yarışda tempimiz daha yaxşı olar. Yarış tempi cəhətdən yaxşı görünürdük. Buna görə də ümidim var. Gözəl start alıb iki Mercedes-in arasına girsəm, qələbə uğrunda mübarizə apara bilərəm. Bizi uzun yarış gözləyir və bugünkü məlumatları incələyərək, zəif tərəflərimizi tapmaq istəyirik”.