F-1.az xatırladır ki, avstraliyalı sürücü 1:10.810 zaman nəticəsi ilə karyerasının ikinci poulunu aldığı Monte Karloda Sebastyan Fettel 1:11.039 zaman nəticəsi ilə ikinci olub.
Sebastyan Fettel: “Həmişə daha yaxşısını etmək istəyərsiniz, amma bu gün Danielin nəticəsini yaxşılaşdırmaq çətin idi. Onu təbrik edirəm. Sıralanma turunda hegemonluq etdi. Cümə axşamı və bu gün güclü idilər. Biz də bacardığımız qədər yaxınlaşdıq. Görək sabah necə olacaq. Burada Red bull-un sürətli olması gözlənilirdi. Bolidləri sürətlidir və asfaltayatma qüvvəsi hamıdan yaxşıdır”.