S.Fettel: “Bu axmaqlıq sürpriz olmadı”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yeni sıralanma turu formatı əsl axmaqlıqdır. Almaniyalı yeni formata görə F1 idarəçilərinə xəbərdarlıq edib...

F-1.az xəbər verir ki, yeni sıralanma turu formatı nə sürücülərin, nə də azarkeşlərin gözləntilərini qarşılaya bilməyib, hətta sürücülərin çoxu sıralanma turunun əvvəlki kimi olmasını istəyiblər.

Sıralanma turunun son seansında Həmilton poulu əvvəldən təmin edib və bundan sonra F1 dünyası yeni formatı tənqid atəşinə tutub.

Sebastyan Fettel sıralanma turunun sonunda trasa çıxmayıb və damalı bayraqlar dalğalanmamış Həmilton birinciliyi təmin edib.

Sebastyan Fettel yeni format barədə danışıb: “Trasa çıxmaq üçün vaxtım var idi. Çox asan idi. Biz əvvəldən vəziyyətin bu cür olacağını demişdik. Ona görə mən anlamıram ki, insanlar niyə təəccüblənir.

Mən demişdim ki, gözləyib, görəcəyik və gördük. Başlanğıc maraqlı idi, hamı trasda idi və daha maraqlı idi. Amma son seans fanlar üçün heç nə ifadə etmədi. Belə davam etmək olmaz.

İnsanlar istəyir ki, sonda mən, Lyuis, Niko və Kimi mübarizə aparaq, amma bu sistemlə mümkün deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*