F-1.az xatırladır ki, “yaşıllar” Britaniya Qran Prisinə böyük yeniliklərlə gələcək və bu yeniliklərin hesabına 0.5 saniyə qazanmağı hədəfləyirlər.
Sebastyan Fettel: “Karyeram ərzində Silverstounda çox yarışa çıxmışam. Britaniyalı azarkeşlərin çılğınlığı və sürücüləri dəstəkləməsi mənə həmişə ləzzət edib. Bir sözlə mükəmməldir. Silverstounun döngələri 2022-ci il bolidlərini daha yaxşı anlamağımıza kömək edəcək və bolidi inkişaf etməyimizə dəstək olacaq. Ümid edirəm ki, buradan yaxşı xallarla ayrılarıq”.