F-1.az xatırladır ki, almaniyalı sürücü yarışın bitməsinə 5 dövrə qalmış qalmış Bottasa hücum etmiş və keçərkən finlandiyalı sürücü bolidini saxlaya bilməyərək, dördqat Dünya Çempionuna çırpılmışdı. Nəticədə Vettel yoluna davam etdiyi halda, Bottasın ön qanadı qırılmışdı.
Sebastyan Fettel: “Birdən arxada təmas hiss etdim. Onun gedəcək heç bir yeri yox idi. Mən öndə idim. Onu günahkar saymıram. Məncə, asfaltla ilişməsi yox idi. Yaxın olanda bolidi saxlamaq çətin olur. Təkərləri kilidlədi və təmas etdik. Təmasdan sonra bolidi saxlaya bildiyim və təkər partlamadığı üçün şanslı idim. Komanda mənə təkərlərin yaxşı olduğunu dedi. Mən də bolidin yaxşı olduğunu hiss edirdim və finişə qədər elə idi”.