F-1.az xatırladır ki, əvvəllər maşınların çəkisi 600-620 kiloqram olduğu halda, hazırda 745 kiloqrama qədər qalxıbdır. Sürücülər bundan narazı olsalar da, bolidə yerləşdirilən təhlükəsizlik sistemlərinin və yeni güc qurğusunun ağır olmasına görə bolidin çəkisini azaltmaq mümkünsüzdür.
Sebastyan Fettel: “Məncə, hazırkı bolidlər asfaltayatma qüvvəsinə görə möhtəşəmdir. Bu bolidlərin orta və yüksək sürətli döngələrdə inkişafını görmək inanılmazdır. Ancaq aşağısürətli hissələrdə ağırlığı hiss edirsiniz. Əsasən şikanlarda, sancaq döngələrində və yön dəyişdirəndə hiss olunur. Məncə, çox ağırdırlar. Bolidin asfalta yatma qüvvəsini azalda bilərik. Çəkinin az olması daha vacibdir. Belə olan halda, daha sürətli ola bilərik. Yeni güc qurğusundan sonra belə oldu. Amma təhlükəsizlik sistemlərinin də payı var. Məsələn, halo 10 kiloqramdır. Bəlkə, onun çəkisini azaltmaq olar. Ancaq keçmişdə sürdüyüm 600-620 kiloqramlıq bolidlər daha yaxşı idi”.