S.Fettel bolidinə ad qoyub

Formula1 üzrə 4 qat Dünya Çempionu Sebastyan Fettel özünəməxsus adət-ənənəni davam etdirib və yeni bolidinə Loriya adını verib.

F-1.az xatırladır ki, Formula1 üzrə ən gənc 4 qat Dünya Çempionu adları bolidlərin xarakterinə görə seçir. 30 yaşlı sürücü SF71H-ı Loriya (Loria) adlandırıb.

Sebastyan Fettel bu adın mənasının qələbə olduğunu deyib.

Xatırladaq ki, Fettel 2008-ci ildə Toro Rosso-da keçirdiyi ilk tam mövsümdə maşınına Culi (Julie) adını vermişdi – Culi sürücüyə ilk poul və qələbə bəxş etmişdi. 2009-cu ildə almaniyalı sürücü öz maşınını Keyt (Kate) adlandırmışdı. 2010-cu ildə Dəliqanlı Məndi (Randy Mandy) və Şirin Liz (Luscious Liz), 2011-ci ildə Ehtiraslı Kayli (Kinky Kylie), 2012-ci ildə Əbbi (Abbey), 2013-cü ildə isə Ac Haydi (Hungry Heidi) adlandırdığı maşınlarla ardıcıl 4 titul qazanmışdı. Red Bull-da sonuncu maşınına Syuizi (Suzie) adını vermişdi.

Skuderiyaya keçdikdən sonra ənənəsinə sadiq qalan sürücü ilk maşınına Həvva (Eva), 2016-cı ildəki maşınına Marqarita (Margherita), keçənilki maşınına isə Cina (Gina) adlarını vermişdi.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*