F-1.az xatırladır ki, almaniyalı pilot yarışın startında Alonso ilə təmas edərək, son pillələrə düşsə də, restartdan sonra keçid təkərlərini hamıdan əvvəl götürdüyü üçün yarışı 6-cı yerdə bitirib. Beləliklə, Aston Martin mövsümün ikinci hissəsində İtaliyadan başqa bütün yarışlardan xal qazanıb. Hazırda onları altıncı yerdəki Alfa Romeo-dan 7 xal ayırır.
Sebastyan Fettel: “Restartdan əvvəl komanda ilə bunu danışmışdıq. Komanda bəzi şeylərin üzərində işlədi. Mən də hava şəraitini dəyərləndirdikdən sonra pitə girmək istədim. İşə yaradı. Bolidi aid olmadığı yerə daşıyırıq. Bizdən sürətli Alpine-lərin arasına girdik və orada qaldıq. Həftəsonundan həzz aldım. Buranı çox sevirəm.
Startd təmas yaşadıq. Fernando pis start aldı. Buna görə də sola doğru getdim, ancaq bolid sürüşdü və yerimdə fırlandım. Daha sonra vəziyyəti düzəldə bildik”.