F-1.az xatırladır ki, almaniyalı sürücü 14-cü yerdə başladığı yarışı 13-cü yerdə bitirib.
Sebastyan Fettel: “Boliddə özümü rahat hiss etmədim. Buna görə də çətin yarış idi. Təkərlərim tez yeyildi və tempim yox idi. Rəqiblərinizi izləmək sizə kömək etmir. Çətin idi və əlimdən gələni etdim. Buna görə xoşbəxtəm. Heyif ki, SF1000-də tək problem arxa tərəfdə deyil. Bütün maşın problemlidir.
İlk dövrəm yaxşı deyildi. Qəzalardan istifadə edə bilmədim. Bu, utancverici idi. Pitə də gec getdik. Onsuz da tempimiz yox idi. Trasda qalmaq mənasız idi. Xal ala bilərdik. Artıq heç nəyi dəyişə bilmərik.
Darıxdırıcı yarış idi. Lakin artıq Nürburqrinq yarışı barədə fikirləşirik. O tras gözəldir. Bolidimiz də çox yenilik olmayacaq. Buradakı ilə eyni olacaq. Yəni ki, bizi növbəti çətin yarış gözləyir”.