F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa yaxşı start verib fərqi artırsa da, yaşadığı sükan probleminə görə Rəykkönenlə açdığı fərq azalıb. Lakin buna baxmayaraq, almaniyalı sürücü liderliyini sona qədər qoruyaraq, yarışı qazanıb.
Sebastyan Fettel: “Sevincdən uçuram. Doğrudan da çətin yarış idi. Kənardan bəlkə elə görünmürdü, amma təhlükəsizlik avtomobilindən sonra çox çətinlik çəkdim. Nəsə düzgün getmirdi. Sükan özbaşına sola gedirdi. Bolidi qorumaq üçün porebriklərdən uzaq qalmağa çalışdım. Bu heç asan deyildi. Daha sürətli gedə biləcək Kimi üçün yaxşı hal deyildi. Tempim heç yox idi.
Yarışı qazandığımız üçün bu vacib deyil. Düzlükdə gedirsən və sükan sabit qalmır. Sağa dönən döngələrdə problem olmurdu, amma sükan davamlı dəyişirdi. Belə olan halda, sükanı daha çox döndərməli idim”.