F-1.az xatırladır ki, almaniyalı sürücü son cəhdində komanda yoldaşı Rəykköneni qabaqlayaraq, poul qazanıb. Beləliklə, Ferrari 2006-cı ildən sonra ilk dəfə ardıcıl iki yarışda ilk cərgəni tutub.
Sebastyan Fettel: “Son dövrəmə görə xoşbəxtəm. Bolid inanılmaz idi. Hər sessiyada vəziyyəti yaxşılaşdırdıq. Nəticəyə görə sevincliyəm. Son sessiyadakı ilk cəhdimdə bir neçə səhv etdim və yaxşı dövrə vura bilmədim. Yaxşı dövrə vursam, poul qazanacığımı bilirdim və bacardım. Fanatlar da mükəmməl idilər. Onlara da təşəkkür edirik. 14-cü döngədə onları çox yaxşı görürdüm. Bizi yaxşı dəstəklədilər. Bu gözəl nəticəni olara hədiyyə edirəm. İndi isə yarışa hazırlaşmalıyıq. Ümid edirəm ki, qalib gələrik”.