F-1.az xatırladır ki, almaniyalı sürücü birinci sərbəst yürüşlərdə zirvədə olsa da, ikinci sərbəst yürüşlərdə heç bir nəticə göstərməyib.
Sebastyan Fettel: “Məncə, birinci sərbəst yürüşlər yaxşı keçdi. Fərqli şeylər etməyə çalışdıq, amma ilkin hisslərim yaxşı idi. Bolid trasa çıxan kimi yaxşı işlədi. Hər şey doğru yöndə idi. Plana uyğun getdiyimiz gün oldu. Boliddən razıyıq və hər şey yaxşı gedir. Nahardan sonra yağışın yağacağını bilirdik. Bəlkə, daha çox dövrə vura bilərdik, amma təkərlərin vəziyyətini bilirik. Buna görə də onları ilk gündən itirmək istəmədik. Hamı eynisini etdi. Məncə, çox normal olacaq. Yaxşı şansımız var. Havaya fikir vermirəm.
Sabah havanın vəziyyətinə baxacağıq. Bolid bu gün çox güclü idi. Daha güclü olacağına əminəm. Malayziyada vəziyyət daha yaxşı idi və bəzi dərslər çıxardıq. Buna görə hər şey daha yaxşı olmalıdır. Son iki yarışda ən yaxşı nəticələri almadıq. Ancaq özümüzə güvənirik. Bunu əvvəl-axır nəticələrə əks etdirəcəyik”.