F-1.az xatırladır ki, almaniyalı sürücü testlərin birinci gününün ilk yarısında sükan arxasına keçib və 51 dövrə vurub. 1.33.742 zaman nəticəsi göstərən dördqat Dünya Çempionu etibarsızlıq probleminə görə pit çıxışında dayanıb.
Sebastyan Fettel: “Aston Martin-in sükanı arxasındakı ilk gün sona çatdı. Kükək güclü olsa da, həzz aldım. Sessiya ərzində bolidi idarə etmək və yaxşı dövrə vurmaq çətin idi. Çətinliklərə baxmayaraq, çox şey öyrəndim. Yeni mühərriyi, yeni bolidi və sükan üzərindəki düymələri tanımağa çalışıram. Çox şeyə öyrəşməliyəm və daha sürətli olmalıyam.
Bundan sonrakı test günləri gərgin olacaq, ancaq planlaşdırdığımız bütün işləri görməyə çalışırıq. Aston Martin üçün yaxşı gün oldu.
Trasdakı şərait çətin idi. Bolidlər çox sürüşürdü, amma çox şey öyrəndim. Bolidin davranışları əvvəlkindən daha fərqlidir”.