S.Fettel: “Boksa qayıtmaq istəsəm də, komanda icazə vermədi”

Ferrari komansası Sinqapur QP-nin sıralanma turunda şok yaşayıb....

F-1.az xatırladır ki, Fettel keçən il Sinqapur QP-də poul qazanaraq, yarışı qazanmışdı. Amma bu il işlər almaniyalı sürücü üçün heç də yaxşı keçməyib. Almaniyalı sürücü ilk seansın sonunda trasa çıxsa da, sürətli dövrə vura bilməyib. Kameralara düşən görüntülərdə almaniyalı sürücünün 3 təkər üstündə getdiyi görünüb.

Fettel sessiyanın bitiminə 3 dəqiqə qalmış boksa qayıdıb və mexaniklərin səylərinə baxmayaraq, vaxt qalmadığı üçün trasa çıxa bilməyib və sıralanma turunda 22-ci yeri tutub.

Komanda bildirib ki, Fettelin uduzma səbəbi döngə balans çubuğundakı problem olub.

Sebastyan Fettel: “Problemi həll etmək üçün vaxtımız yox idi. Pitə qayıda bilərdik, amma komanda olaraq davam edmək qərarına gəldik. İkinci sessiyaya qala bilsəydik, aradakı fasilədə problemi həll edə bilərdik. Çox məyusuq. Problemin səbəbini araşdırmalıyıq. Ən əsası odur ki, eyni problem Rəykkönenin bolidində olmadı. Sabahkı yarışa ideal yerdən başlaya bilməyəcəyik. Bizi çətin mübarizə gözləyir. Ümid edirəm ki, təhlükəsizlik avtomobili bizə kömək edər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*