F-1.az bildirir ki, Marina Bay trasında Fettel podiumu tamamlasa da, bu yarışda qalib gələn Lyuis Həmilton çempionatda üstünlüyünü 40 xala çatdırıb…
Sebastyan Fettel: “Bu gün bizim kifayət qədər sürətimiz yox idi. İlk dövrələrdə aqressiv olmağa çalışdım, amma faydası olmadı. Bundan sonra biz fərqli strategiya seçdik – digərlərindən fərqli olaraq, daha yumşaq tərkibə üstünlük verdik. Bu təkər dəsti ilə finişə çatmağıma ümidim yox idi – planda ikinci pit-stop yox idi, bununla daha çox vaxt itirə bilərdim. Ona görə də bütün diqqətimi bu təkərlərlə finişə çatmağa cəmlədim.
Hazırda mən titul barədə deyil, bugünkü yarış barədə düşünürəm – bu gün bizim şansımız yox idi. Çox güman ki, problem maşında idi – bu gün bizə sürət çatmırdı. Cümə günü demişdim ki, bizim əsas düşmənimiz elə özümüzük, Sinqapurda da öz potensialımızdan maksimum istifadə edə bilmədik…”